Xəbərlər 27.05.2024 14:47 1994

Bu gün qəhrəman şəhidimiz Daşqın Rzalının doğum günüdür

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının kiçik giziri olan Daşqın Rzalı 1993-cü il mayın 27-də Culfa rayonunun Yaycı kəndində anadan olub.

QHT,az xəbər verir ki, 2011-2012-ci illərdə müddətli həqiqi hərbi xidmətdə olub, 2017-ci ildən etibarən isə müddətdən artıq hərbi qulluqçu kimi ordu sıralarında xidmət etməyə başlayıb. O, 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi zamanı Cəbrayıl və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib və 21 oktyabr tarixində Zəngilan istiqamətində döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub.

Daşqın Rzalı göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Zəngilanın azad olunmasına görə" medalları və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

Ruhu şad olsun!


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı