Xəbərlər 23.05.2024 14:47 1439

“Gənclər ətraf mühitin keşiyində” adlı layihə çərçivəsində maarifləndirici seminar keçirilib - FOTOLAR

Şirvan Dövlət Peşə Litseyində “Sağlam mühit” Gənclərin İnkişafına Kömək İctimai Birliyi tərəfindən icra olunan “Gənclər ətraf mühitin keşiyində” adlı layihə çərçivəsində maarifləndirici seminar keçirilib.

QHT,az xəbər verir ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə icra olunur. Tədbirdə Şirvan Peşə Litseyinin tələbələri iştirak ediblər. Layihə rəhbəri Əli Mirzəyev layihə haqqında ətraflı məlumat verib.

Seminar iştirakçılarının nəzərinə çatdırılıb ki, layihənin məqsədi şəhərdə yaşıllaşdırma və abadlıq  işlərinə, kütləvi tədbirlərə gənclərin cəlb olunmasını təşkil etməklə onların hərtərəfli inkişafını, ictimai həyatda fəal iştirakını təmin etmək, asudə vaxtlarının səmərəli təşkil etmək üçün səylər göstərmək, zərərli vərdişlərə qurşanmalarının qarşısını almaq, meşə zolaqlarının qorunması, bərpası, gələcəkdə bu meşələrdən turizmin inkişafı üçün əlverişli şəraitin yaradılması məqsədi ilə əhalinin, gənclərin, məktəblilərin, ekoloqların  səylərini dəstəkləməkdir.

Qeyd olunub ki, Şirvan şəhərində yeni parklar, yaşıllıq zonaları salınır, küçə və xiyabanların, parkların təmizliyinə və abadlığına daim diqqət edilir, lakin əhalinin təmizliyə riayət etməsinə tam nail olmaq üçün maarifləndirməyə böyük ehtiyac vardır və bu sahədə gənclər daha fəal olmalıdırlar.

Tələbələrdən M. Sadıqzadə, A. Həsənova, X. Nadirova müzakirələrdə fəal iştirak ediblər.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı