Xəbərlər 22.05.2024 10:57 9598

Aygün Əliyeva: “Agentlik nümunəvi QHT layihələrinin donoru olmaqdan böyük məmnunluq duyur”
 

“Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə “Türk dünyasının şəhid ailələri arasında əlaqələrin inkişafı” adlı konfrans Şəhriyar adına Mədəniyyət Mərkəzinin "Bənövşə" uşaq xorunun ifasında Azərbaycan Respublikasının Dövlət Himninin və Türkiyə Respublikasının “İstiqlal Marşı”nın səsləndirilməsi, Türk dünyası şəhidlərinin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

QHT.az xəbər verir ki, konfransda çıxış edən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva qeyd edib ki, Agentlik bu cür nümunəvi QHT layihələrinin donoru olmaqdan böyük məmnunluq duyur: “Agentlik Türk dünyası ilə əlaqələrin daha da genişləndirilməsi üçün uğurlu layihələri bundan sonra da dəstəkləyəcək”.

Qeyd edək ki, layihə çərçivəsində Şimali Kipr Türk Respublikasının (ŞKTR) dövlət rəsmiləri, ictimaiyyət xadimləri və şəhid ailələrindən ibarət olan 20 nəfərlik heyətin Azərbaycana səfəri başlayıb.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı