Xəbərlər 22.04.2024 08:53 794

Gürcüstan parlamentinin binası qarşısında yenidən mitinq keçirilir

“İnadkarlar” və “Dafioni” hərəkatlarının təşkil etdiyi aksiya Gürcüstan parlamentinin yaxınlığında keçirilir.

QHT.az xəbər verir ki, Toplananlar “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə qarşı çıxır və parlament qanun layihəsini geri götürməyincə etirazın dayanmayacağını bildirirlər. Mitinq iştirakçıları Ali Məhkəmənin binası yaxınlığında yürüş keçirə biləcəklərini desələr də, hələlik bu gün üçün konkret fəaliyyət planı açıqlamayıblar.

“Biz məhkəmə sistemində mövcud olan problemləri dilə gətirmək istəyirik”, - mitinq iştirakçıları deyirlər.

Artıq bir neçə gündür ki, Tbilisidə “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə qarşı nümayişlər keçirilir. Mitinq iştirakçıları da hakimiyyətin dəyişməsini tələb edirlər.

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı