Xəbərlər 29.05.2025 09:28 65

"İqlim dəyişmələri Qlobal Cənubun qarşısında duran bir mübarizədir" - Zambiya nümayəndəsi / VİDEO

Aprelin 28-29-da Bakıda dünya əhalisinin təxminən 80%-ə yaxın hissəsini özündə birləşdirən 116 ölkədən nüfuzlu QHT rəhbərlərinin, vətəndaş cəmiyyəti təmsilçilərinin iştirakı ilə keçirilən Qlobal Cənub QHT Platformasının təsis konfransı ilə bağlı platformanın üzvü - Zambiyanın “Cəmiyyətin inkişafı naminə vətəndaş şəbəkəsi” təşkilatının nümayəndəsi Mikson Mvamulando təəsüratlarını bölüşüb:

QHT.az xəbər verir ki, onun sözlərinə görə, qlobal miqyasda hər kəsin iqlim dəyişmələrinə qarşı mübarizəyə qoşulması vacibdir:

"Birlikdə bacararıq. Dünyanı daha yaxşı, daha azad və hamımız üçün bərabər bir yerə çevirə biləcək addımlar ata bilərik. İqlim dəyişmələri Qlobal Cənubun qarşısında duran bir mübarizədir və əgər bu gün tədbir görsək, milyonlarla insanın həyatını xilas edə bilərik. İtki və zərər bizim üçün həqiqi problemdir".

Ətraflı videoda:

 

Qeyd edək ki, bu konfrans Asiya, Afrika, Latın Amerikası, Okeaniya bölgələrini - dünya ölkələrinin üçdə iki hissəsini əhatə edən Qlobal Cənubun vətəndaş cəmiyyətinin həyatında əlamətdar hadisə hesab olunur.

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı