Xəbərlər 09.04.2024 09:59 2681

Həddindən artıq istilərdən 100-dən çox adam ölüb

Qərbi Afrika dövləti olan Malidə son həftələr davam edən isti hava səbəbindən 100-dən çox insan həyatını itirib. 

O qeyd edir ki, təkcə paytaxt Bamakodakı Qabriel Ture Xəstəxanası istidən ölən 102 qurbanı qəbul edib. Keçən həftə ölkənin cənub-qərbindəki Kayes şəhərində havanın temperaturu 48,5 dərəcə Selsi qeydə alınıb ki, bu da müşahidələr zamanı bütün Afrika üzrə aprel ayı üçün tarixi maksimum olub. Ən isti üç gündə 250-dən çox insanın həddindən artıq istidən öldüyü barədə hələ də təsdiqlənməmiş məlumatlar var.

Mütəxəssislər Malidə görünməmiş istiləri El Nino hava fenomeni ilə əlaqələndirirlər. Afrikalı meteoroloqlar xəbərdarlıq edirlər ki, El Nino bu ilin iyul ayına qədər dünyanın müxtəlif yerlərində hava şəraitinə aktiv təsir göstərəcək, bundan sonra onun təsiri azalmağa başlayacaq.

 

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı