Xəbərlər 01.04.2024 01:21 2137

QHT sədri miqrantları günahlandırmaq, anti-miqrant diskursunun gücləndirilməsi məsələsinə toxunub

““Crocus City Hall” da baş vermiş terror hadisəsində günahkar tərəf kimi məhz miqrantlar- Tacikistandan olan şəxslər göstərilir. O, terror hadisəsinin başvermə səbəbləri barədə hər hansı bir fikir yürütmədən onu deyə bilərəm ki, artıq bu hadisədə miqrantların adının hallanması istər istəməz Rusiya Federasiyasında anti-miqrant ritorikasının güclənməsinə gətirib çıxarır”.

Bu sözləri Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması İctimai Birliyinin sədri Azər Allahverənov QHT.az-a açıqlaması zamanı bildirib. Rusiyada mühacirlərin hüquqlarını qorumaq üçün daha sərt hüquqi tənzimləmələrə və məhdudiyyətlərə çağıran Allahverənov bildirir ki, bu cür tədbirlər mühacirlərin iş və yaşayış imkanlarını məhdudlaşdıra bilər. O bildirir ki, bu vəziyyət ölkədə mühacirlərin sosial inteqrasiyasını çətinləşdirə və ayrı-seçkiliyi artıra bilər: “Artıq bəzi çağırışlar edilməkdədir, qanunda sərtləşdirmənin tətbiq olunması, məhdudiyyətlərin tətbiq edilməsidir ki, bu miqrantların maksimum imkanlarını, Rusiya ərazisində əmək fəaliyyəti ilə məşğul olmaq imkanlarını bir qədər də daraltmış olsunlar. Bu, sırf hüquqi müstəvidə baş verən proseslərdir. Təbii ki, media məkanında da bu anti-miqrant ritorikası çönür olur anti-Azərbaycan ritorikası. Halbuki azərbaycanlılara gəldikdə, yəni Rusiya ərazisində əmək fəaliyyəti ilə məşğul olan azərbaycanlıların sayı 200000 civarındadır. Bu, rəsmi məlumatdır. Yəni bütövlükdə 500 mindən bir qədər artıq azərbaycanlının hal-hazırda Rusiya Federasiyasında müvəqqəti yaşadığı bildirilir. Say etibarilə bu o qədər də çox deyil, amma buna baxmayaraq, Vladimir Salavyov və onun kimləri ictimaiyyətin diqqətini məhz Azərbaycan əleyhinə və azərbaycanlılar əleyhinə köklənə biləcək bir ritorikaya yönəltməyə çalışır. Təəssüf ki, bu son bir neçə illər ərzində bu ritorikanın zaman-zaman gücləndiyinin şahidi oluruq. Təbii ki, bu, müəyyən mənada Rusiya- Azərbaycan münasibətlərinə aşağı-yuxarı bir təsir göstərən bir hadisə hesab edilə bilər. Çünki ictimaiyyətin, ictimai rəyin formalaşmasına, ictimai fikri tamamilə başqa məcraya yönəldilməsi istər- istəməz müəyyən mənada hansı hədəflərə çata bilir. Çox az bir faiz də olsa belə, bu kimi çıxışları insanlarda Azərbaycan əleyhinə hansısa bir fikrin formalaşmasına səbəb ola biləcək bir vəziyyətin yaranmasına gətirib çıxarır”.

QHT sədri həmçinin bildirib ki, ona görə də birmənalı şəkildə Azərbaycan QHT-lərinin haqlı olaraq, Solovyova üz tutması və onun Azərbaycan ictimaiyyəti qarşısında üzr istəməsi kimi tələbləri başa düşüləndir və ən doğru olan da məhz budur: “Solovyovun həqiqətən də hansı bir ideoloji ruport funksiyasını yerinə yetirdiyini biz gözəl başa düşürük və bəlli məsələdir ki, Solovyov əgər maddi cəhətdən erməni əsilli media maqnatlarından asılı vəziyyətdədir, amma bu, müəyyən siyasi dairələrlə bağlı olan bir şəxsdir ki, bəzi hallarda həmin siyasi dairələrin normativlərini də bu və ya digər səpkidə irəli aparmağa çalışır, Nəticə etibarilə bu anti- Azərbaycan əhval ruhiyyəsinin müəyyən bir dövrdə, bir qədər də güclənməsinə gətirib çıxardan bir haldır. Amma mən ümid edirəm ki, Rusiya ictimaiyyətinin parlaq simaları, siyasi və mədəni sahələrdə söz demiş şəxsləri onlar bu tipli məsələlərdə millətlərarası nifaqın yaranmasına gətirib çıxardan, başqa millətlərdə düşmən obrazı axtarmağa çalışan Solovyov kimi şəxslərin bu fəaliyyətlərin qarşısını ən azından alacaqlar. Bəlli məsələdir ki, Rusiyanın özündə də müxtəlif sahələrdə təmsil olunacaq müəyyən mütərəqqi qüvvələr var. Onlar heç də bu Solovyovun fikrini bölüşmürlər. Solovyovun bu kimi fikirləri geniş kütləyə hesablanmışdır və bəlli məsələdir ki, bu, kütlə arasında kifayət qədər aqressiv ola bilər, kifayət qədər belə irqçi mövqedə olan təbəqələr də var”.

Azər Allahverənov qeyd edib ki, zaman-zaman Rusiyanın ərazisində ultra millətçi faşist, dəstələrinin fəaliyyət göstərdiyini bilirik və onlar da bax bu kimi eksterimist fəaliyyətini çox zaman digər millətlərin nümayəndələrinə qarşı aqressiv münasibət nümayiş etdirməkdə büruzə verirlər: “Faşist irqçi şüarlar səsləndirməklə miqrantların daha çox kompakt yaşadığı yerlərə hücumlar təşkil edirlər. Bunlar hamısı böyük bir kampaniyanın tərkib hissələridir ki, zaman zaman ideoloji müstəvidə, ideoloji əsaslarla, ideoloji elementlərlə təchiz edilmiş bax bu tipli millətçi və irqçi bir kompaniya zaman zaman müəyyən hədəflərinə çata bilir. Amma düşünmürəm ki, bu Rusiya- Azərbaycan münasibətlərinin pozulmasına gətirib çıxaracaq. Çünki bu, lokal şəkildə baş verən hadisələrdir. bəzi hallarda fraqmentardır. Amma bəlli məsələdir ki, iki dövlət arasında münasibətlər tamamilə fərqli və kifayət qədər güclü bağlar üzərində bərqərar olur ki, iki dövlətin, istər başçıları olsun, istər hökumət rəhbərləri olsun, onların zaman- zaman verdikləri bəyanatlar, imzalanmış çoxsaylı sənədlər, müqavilələr münasibətlərin kifayət qədər yüksək səviyyədə olduğundan xəbər verir. Odur ki, bu Solovyov və onun kimlərin bütün cəhdləri əbəsdir. Hnsısa bir lokal şəkildə hansısa dairələrdə və çevrələrdə dəstək tapsalar da mövcud münasibətlər onlar daha üst qurumda və daha yüksək səviyyədə bərqərar olmuş və siyasi iradəyə söykənən bir münasibətlərdir ki, daha dərin tarixi kökləri var. Çünki bu Solovyov kimiləri gəldi gedərdi, amma Azərbaycan, Rusiya münasibətlərinə nəzər saldıqda, görürük ki, bu da çox əsirli bir münasibətlər formalaşıb ki, bu da istər siyasi, istər iqtisadi, istər mədəni, istər digər sahələrdə təyinedici və həlledici bağlar üzərində qərarlaşmış bir münasibətlərdir”.

 

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı