CASCFEN sədrindən Almaniyada yaşayan türk xalqlarının diaspor təşkilatlarına müraciət
Nadir Azəri: Bu gün bütün türk dünyasının ürəyi “Qarabağ”la bir vurmalıdır
QHT. az BAYRAQDAR Media istinadən – “Bu gün Azərbaycanın, o cümlədən dünyanın müxtəlif nöqtələrində yaşayan bütün azərbaycanlıların diqqəti Almaniyaya yönələcək. Çünki “Bayer 04” və “Qarabağ” UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyununda qarşı-qarşıya gələcəklər. Hesab edirəm ki, bu gün təkcə azərbaycanlıların deyil, ümumiyyətlə türk dünyasının diqqəti bu oyuna yönələcək. Çünki “Qarabağ” hazırda UEFA Avropa Liqasının 1/8 final mərhələsində türk dünyasının təmsil edən yeganə komandadır”.
Bunu “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin sədri, Əməkdar jurnalist Nadir Azəri deyib.
O, qeyd edib ki, həm bu məqamı, həm də mübarizə aparan komandanın “Qarabağ” olmasını nəzərə alaraq Almaniyada yaşayan azərbaycanlılarla yanaşı digər türk xalqların nümayəndələri də bu gün öz fəallıqlarını göstərməlidirlər: “Mən Almaniyada yaşayan türk xalqların lobbilərinə, diaspor təşkilatlarına, o cümlədən Almaniyanın qonşuluğundakı ölkələrdə yaşayan türk xalqlarının nümayəndələrinə müraciət edirəm. Bu gün bacardıqca həmin oyunun keçiriləcəyi meydanda “Qarabağ” azarkeşlərinin sayının çox olmasına çalışsınlar. “Qarabağ” orada da güclü azarkeş dəstəyi hiss etsin. Bir sözlə, bu gün bütün türk dünyasının ürəyi “Qarabağ”la bir vurmalıdır”.