Xəbərlər 27.02.2024 09:34 3731

Maldiv prezidenti İlham Əliyevi təbrik etdi

Maldiv Respublikasının Prezidenti Məhəmməd Muizzu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. 

 

QHT.az President.az-a istinadən  xəbər verir ki, məktubda deyilir:

 

“Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Maldiv Respublikasının hökuməti, xalqı adından və şəxsən öz adımdan Sizə səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram.

 

Ümid edirəm ki, əməkdaşlığımızı və dostluq münasibətlərimizi daha da möhkəmləndirmək üçün Zati-alinizlə sıx fəaliyyət göstərəcəyik. Əminəm ki, ölkələrimizin xalqlarının rifahı naminə əlaqələrimizi dərinləşdirmək üçün birgə işləyə bilərik.

 

Zati-aliləri, xahiş edirəm ən yüksək ehtiramımı qəbul edin”.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı