Xəbərlər 13.02.2024 09:54 445

Qubadlıda silah-sursat aşkar edildi

Qubadlı rayonunda silah-sursat aşkar edilib.

 

QHT.az bildirir ki,  bu barədə Axar.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

 

Rayonun Qayalı kəndi ərazisində 1 qumbaraatan, 44 əl qumbarası, müxtəlif çaplı patronlar və digər sursatlar aşkar olunaraq müvafiq qaydada təhvil verilib.

 

Faktla bağlı araşdırma aparılır.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı