Xəbərlər 29.11.2023 09:30 2156

Batareyanın ömrünü artırmaq üçün...

Heç bir batareya əbədi işləyə bilməz, lakin düzgün istifadə olunarsa, uzun müddət onun funksionallığını qoruya və deqradasiyanın qarşısını ala bilərsiniz.

QHT.az xəbər verir ki, İT mütəxəssisləri batareyanın ömrünü artırmaq üçün smartfonun düzgün doldurulması ilə bağlı tövsiyələrini bölüşüblər. Ekspertlərin əsas tövsiyələri:

  1. Batareyanı tamamilə sıfıra endirməyin təhlükələri barədə xəbərdarlıq edir. Batareyanın doldurulması 10-20%-ə düşəndə ​​doldurulması tövsiyə olunur.
  2. Mütəxəssislər smartfonunuzu maksimum 100 % doldurmağı deyil, 80-90% -də dayandırmağı məsləhət görür.
  3. Orijinal olmayan şarj cihazlarından istifadə batareyanın ömrünü qısalda və hətta qısaqapanmaya səbəb ola bilər. Sertifikatlı və hərtərəfli sınaqdan keçmiş şarj cihazlarından istifadə etmək məsləhətdir.
  4. Mütəxxəsislər Bluetooth, Wi-Fi və GPS-in söndürülməsinin smartfonun “həyatına” təsiri ilə bağlı mifləri təkzib edərək, bu funksiyaların aktiv istifadə edilmədiyi təqdirdə batareyaya ciddi təsir göstərməyəcəyini iddia edirlər

Qeyd edək ki, bu məsləhətlərə əməl etmək smartfonun batareyasını yaxşı vəziyyətdə saxlamağa və onun ömrünü uzatmağa kömək edə bilər.

 

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı