Xəbərlər 28.11.2023 16:38 2488

QHT sədri Ankarada təhsil alan tələbələrimizlə görüşüb - FOTOLAR

“Ankarada təhsil alan tələbələrimizlə maraqlı görüşümüz oldu. Öncə Demokratik Azərbaycanımızın qurucusu Məhəmməd Əmin Rəsulzadənin məzarını ziyarət edib, ruhuna dualar oxuduq”.

QHT.az xəbər verir ki, bu sözləri Sosial-strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri İlqar Hüseynli deyib. QHT sədri bildirib ki, daha sonra süfrə arxasında maraqlı müzakirələr etdik: “Gənclərimiz istedadlı, məlumatlı, bilikli və ümidvericidir. Güclü təhlil və analiz qabiliyyətləri var. Buna bir daha şahid oldum və ölkəmizin gələcəyinin əmin əllərdə olduğuna ümidlərim artdı. Gənclərimizi Allah qorusun, uğurları bol olsun”.

 

Pərvanə Fərhadqızı

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı