"Heydər Əliyev və iqtisadi inkişafın təhsil amili"
“Bu gün İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Elmi Tədqiqat İnstitutu (ESRI) tərəfindən Ümummilli Liderin anadan olmasının 100 illiyinə həsr edilmiş “Heydər Əliyev və Azərbaycan iqtisadiyyatı” mövzusunda beynəlxalq konfransda iştirak etdim”.
QHT.az xəbər verir ki, bu sözləri Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov bildirib. Rektor qeyd edib ki, konfransda "Heydər Əliyev və iqtisadi inkişafın təhsil amili" mövzusunda çıxış etdim.
Konfransda iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov, ictimai-siyasi xadim Həsən Həsənov, Milli Məclisin deputatı Ziyad Səmədzadə, Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru Misir Mərdanov və BP-nin Xəzər regionunda xarici əlaqələr və kommunikasiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli çıxış ediblər.
Qeyd edək ki, konfrans Heydər Əliyevin liderliyi dövründə Azərbaycanın iqtisadiyyatının formalaşması və inkişafı üçün əhəmiyyətli addımların atıldığı və təhsil sahəsindəki inkişafın bu nailiyyətə olan töhfəsi barədə geniş müzakirə platforması yaratmağa nail olmuşdur.
R.İmanov