Xəbərlər 27.11.2023 16:01 2854

Füzuli şəhərində Azərbaycan-Özbəkistan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumu keçirilir

Füzuli şəhərində Azərbaycan-Özbəkistan qardaşlığının simvolu olan Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbdə Azərbaycan-Özbəkistan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumu keçirilir.

QHT.az xəbər verir ki, Forum, tərəflər arasında qarşılıqlı anlayışın artırılması və Qeyri –Hökümət Təşkilatları arasında daha böyük bir əməkdaşlıq şəbəkəsinin qurulması üçün bir fürsət yaratmağa nail olur.

Qeyd edək ki, Forumda iki ölkənin 100-dən çox QHT nümayəndəsi, Azərbaycan və Özbəkistandan olan deputatlar, şairlər, ictimai xadimlər və media nümayəndələri iştirak edirlər. Azərbaycan-Özbəkistan əlaqələrini nümayiş etdirən videoçarx nümayiş olunub.

 

Pərvanə Fərhadqızı

 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı