Xəbərlər 27.11.2023 14:33 2532

“Qərb dövlətləri davamlı sülhün təmin olunmasına çalışmalıdırlar”- QHT sədri

Ötən gün İsrail və Fələstinin Həmas qrupu arasında atəşkəs oldu. Qəzzada saxlanılan 13 girov, eləcə də İsrail həbsxanalarından olan qeyri-müəyyən sayda fələstinli məhbus azad edilib. Qətərin vasitəçiliyi ilə İsrail və Fələstinin HƏMAS radikal qruplaşması arasında atəşkəs razılaşdırılıb. Qəzza zolağının aktiv atəşə tutulduğu bildirilir. Bu arada İsrail Müdafiə Qüvvələri Qəzza zolağında naməlum fələstinli silahlıların 15 dəqiqə ərzində atəşkəsi pozduğunu bildirib.

“Tərəflər bir-birinə qarşı, eləcə də informasiya savaşında ciddi şəkildə qarşılıqlı hücumlar həyata keçirirlər. Bunu dezinformasiya kimi qiymətləndirirəm. Məsələ ondan getmir ki, kim sülh, kim mühabə istəyir, amma dünyanın gözü qarşısında atəşkəslə bağlı məsələlərə razılığa gələndən sonra atəşkəsi pozması onun öz əleyhinə çevrilə biləcək məsələdir. Ona görə, HƏMAS-ın belə bir addıma gedəcəyinə inanmıram. Ümumən 4 günlük atəşkəsi müsbət qiymətləndirirəm. Bu proseslərə ciddi təsir imkanları olan qərb dövlətləri atəşkəsin müddətinin daha da uzadılmasına və davamlı sülhün təmin olunmasına çalışmalıdırlar. Çünki məsələ onların əlindədir. Onlar ciddi şəkildə bu məsələyə yanaşmadıqları üçün problemlər də bu həddə gəlib çıxır” - deyə Müasir İnkişaf  Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü QHT.az -a açıqlamasında bildirib. 

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı