Xəbərlər 27.11.2023 00:54 3495

Media müsabiqəsinin nəticələri açıqlanıb - FOTOLAR 

İctimai Maraqlar Naminə Vətəndaş Təşəbbüsü İctimai Birliyi tərəfindən ``Sosial müdafiə hüquqlarının təşviqi`` mövzusunda keçirilmiş məqalə müsabiqəsinin nəticələrini açıqlanıb. 24 noyabrda BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Resurs Mərkəzində müsabiqə qaliblərinin təqdimatı tədbiri keçirilib.

İctimai Birlikdən QHT.az-a verilən məlumata görə, tədbirdə çıxış edən birlik sədri Vüqar Hüseynov 13 oktyabr-20 noyabr tarixləri aralığında keçirilən müsabiqəyə müxtəlif həssas qruplardan olan şəxslərin sosial hüquqlarına həsr olunmuş 15 məqalə təqdim edildiyini bildirib. Sosial Hüquqların Araşdırılması Birliyinin sədri, hüquq elmləri doktoru Mayis Əliyev, jurnalist Şahnaz Bəylərqızı, iqtisadçı Fərid Mehralızadə və ``Prioritet`` Sosial-İqtisadi Araşdırmalar Mərkəzi İB-nin sədri Zaur İbrahimlidən ibarət Qiymətləndirmə Komissiyası 5 meyar üzrə müsabiqə yazılarını qiymətləndirib və 5 yazı mükafatlandırma üçün seçilib.

Birinci yerin qalibi vərəm xəstəliyi olan şəxslərin sosial qayğılarından bəhs edən ``Yaşamaq, körpə oğlumu böyütmək istəyirəm`` adlı yazısı ilə Günel İsayeva olub. Təkbaşına uşaq böyüdən anaların sosial ehtiyaclarından bəhs edən ``Onlar daha həssasdırlar`` adlı yazısı ilə Azər Əli ikinci, keçmiş məhkumların məşğulluq və sosial müdafiəsi mövzusundakı araşdırmasına (Cəmiyyətin şilləsi, yoxsa keçmiş keçmişdə qaldı, “yeni həyata xoş gəlmisiz”) görə Raminə Eyvazqızı üçüncü yerin qalibi olublar. Daha iki müəllif – ahıl şəxslərin sosial ehtiyaclarına həsr olunmuş məqalənin müəllifi Fəxriyyə Abdullayeva və əlilliyi olan şəxslərin məşğulluğu problemini işıqlandıran araşdırması ilə Arzu Əliyeva da müsabiqənin qalibləri sırasında yer alıb. Bütün qaliblər sertifikatlar və pul mükafatları (I yeri 800 manat, II yer 600 manat, III yer 400 manat, digər 2 qalibin hər biri isə 200 manat) ilə təltif edilib.  

Müsabiqə Avropa İttifaqının maliyyə dəstəyi ilə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı tərəfindən həyata keçrilən “Azərbaycanda həssas qurupların hüquqlarının müdafiəsi” Proqramı çərçivəsində İctimai Maraqlar Naminə Vətəndaş Təşəbbüsü İB-nin icra etdiyi ``Həssas insanların sosial təminat hüquqlarının təşviqi və səmərəli müdafiəsi üçün yerli bacarıqların artırılması`` layihəsi çərçivəsində baş tutub.

Aşağıdakı keçidlərdən müsabiqəyə təqdim olunmuş bütün məqalələri oxuya bilərsiz.

 

https://azadmedia.az/cemiyyet/86474-lillik-ngl-deyil-gr-onlara-lazmi-rait-yaradlsa.html

https://moderator.az/az/ekskluziv/702877/istirahet-yox-is-saati-cox-ancaq-resmi-sikayet-edilmir/

https://jam-news.net/az/az%C9%99rbaycanda-v%C9%99-dunyada-v%C9%99r%C9%99m/

https://basta2.com/?p=19278

https://anews.az/az/xesteliye-gre-evimi-satdim-indi-ise-havada-qalmisam-vetendas/

https://azadmedia.az/cemiyyet/86732-cmiyytin-illsi-yoxsa-kecmi-kecmid-qald-yeni-hyata-xo-glmisiz-aradrma.html?fbclid=IwAR35ouSvfODWNbxtyfqw7_X0geITQDCf1V2nFoYzoenOuP_dQ4ElMC4hnxI

https://qht.az/details/az/27080

https://afn.az/afn/resmi/143842-allahin-umidine-qalan-kimsesiz-ahil-insanlar-arasdirma.html

https://demokrat.az/az/news/169354/mektebe-getmek-iste-irem-uc-noqtenin-yerine-hansi-herfi-yazaq-y-yoxsa-m

https://arqument.az/az/onlar-daha-cox-hessasdirlar/

https://mi-news.az/tibbi-xidm%c9%99tl%c9%99rd%c9%99n-istifad%c9%99-h%c9%99r-k%c9%99s-ucun-%c9%99lcatan-v%c9%99-asandirmi/

https://cebheinfo.az/sosial/eve-mehkum-edilen-insan-heyati-onu-deyismek-olar

https://azadmedia.az/cemiyyet/87331-qadnlar-sosial-mudafi-huququnu-bilmir-kimdir-gunahkar.html

https://lent.az/xeber/sosial/ehtiyaci-olan-cox-insan-sadece-oz-huquqlarini-bilmediyi-ucun-sosial-problemlerle-uzlesir-40591156

https://arqument.az/az/azerbaycanda-issizlik-elilliyi-olan-sexsler-nece-is-axtarir/

 


Pərvanə Fərhadqızı

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı