QHT sədri Beynəlxalq Xasbulatov oxunuşlarında çıxış edib
Əmək və Əhalinin Sosial Müdafiəsi yanında İctimai Şuranın sədri Elşad Məmmədov Rusiya Ali İqtisad Məktəbinin və Plexanov adına Rusiya İqtisad Universitetinin dəvəti ilə Azərbaycan tərəfindən Beynəlxalq Xasbulatov oxunuşlarında çıxış edib.
QHT.az xəbər verir ki, tədbir görkəmli dövlət xadimi, Rusiya parlamentinin sabiq sədri, böyük iqtisadçı-alim, professor Ruslan İmranoviç Xasbulatovun doğum gününə həsr edilib. Ruslan İmranoviç Xasbulatovun xatirəsinin yaşadılması əhəmiyyətlidir.
Qeyd edək ki, təşkilatçıların xüsusi dəvəti ilə Xasbulatov oxunuşlarında çıxış etmək həqiqətən şərəfdir. Allahdan Azərbaycan xalqının dostu Ruslan İmranoviç Xasbulatova rəhmət diləyir, onun yolu ilə gedən, onun davamçılarına isə böyük nəaliyyətlər əldə etməyi arzulayırıq.
Pərvanə Fərhadqızı