Xəbərlər 23.11.2023 11:52 1628

Şəhid Elşad Allahverdiyevin anım günüdür

Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı olan Elşad Zaməddin oğlu Allahverdiyev 23 noyabr 2020-ci ildə Şuşa şəhərində minaya düşərək şəhidlik zirvəsinə yüksəlib.

QHT.az xəbər verir ki, o, 5 aprel 1997-ci ildə Göygöl rayonunda anadan olub. Cəmşid Naxçıvanski adına hərbi liseydə orta təhsilini başa vurduqdan sonra Rusiya Federasiyasının Omsk şəhərində Ali Hərbi Tank Akademiyasında ali təhsil alıb. 5 il sonra akademiyadan məzun olaraq Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissədə hərbi vəzifəsinə başlayıb. Elşad Allahverdiyev 44 günlük Vətən müharibəsinin iştirakçısı olub və döyüşlər bitdikdən sonra tank əleyhinə minaların təmizlənməsi əməliyyatında iştirak edib.

Elşad Allahverdiyev göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Ruhu şad olsun! 

 

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı