Xəbərlər 22.11.2023 15:55 1551

Şəhidimiz Məhəmmədəli İbrahimlinin doğum günüdür

Azərbaycan Silahlı Qüvvələrinin kəşfiyyatçı əsgəri olan Məhəmmədəli Mütəllim oğlu İbrahimli 22 noyabr 1996-cı ildə Beyləqan rayonunda anadan olub.

QHT.az xəbər verir ki, o, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə qəbul olub, 2018-ci ildə buradan məzun olduqdan sonra isə Azərbaycan Texniki Universitetində magistr təhsili alıb. 2020-ci ildən Azərbaycan Ordusunun sıralarında müddətli həqiqi hərbi xidmətdə olan Məhəmmədəli İbrahimli 27 sentyabrda başlayan Vətən müharibəsində Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə şücaət göstərib, yaralanmasına baxmayaraq müalicə aldıqdan sonra yenidən cəbhəyə qayıdıb və oktyabrın 13-də qəhrəmancasına şəhid olub.

Məhəmmədəli İbrahimli göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Ruhu şad olsun!

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı