Xəbərlər 21.11.2023 13:32 1934

Azərbaycanın Milli Qəhrəmanı Mehman Sayadovun doğum günüdür

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Mehman Qəzənfər oğlu Sayadov 1972-ci il 21 noyabr tarixində Qərbi Azərbaycanın Basarkeçər rayonunun Günəşli kəndində anadan olub.

QHT.az xəbər verir ki, orta məktəbin yeddinci sinfini burada bitirən Mehman erməni millətçilərinin 1988-ci ildə azərbaycanlıları deportasiya etdikləri zaman ailəsi ilə Samux rayonuna köçüb. 1988-ci illərdə Xalq Hərəkatının öndə gedənlərindən olan Mehman 18 yaşı tamam olan kimi Sovet Ordusuna çağırılıb. Qarabağda baş verən hadisələr onu bərk narahat etdiyi üçün Mehman altı ay xidmət etdikdən sonra Vətənə dönüb və könüllü olaraq cəbhəyə yollanıb. 5 noyabr 1991-ci ildə "Azərbaycan Qarabağı" adlı könüllü özünümüdafiə batalyonlarından birinə yazılan Mehman gənc olmasına baxmayaraq Şuşa cəbhəsində əfsanəvi qəhrəmanlıqlar göstərib. Kosalarda və Nəbilər kəndlərində vuruşan Mehman döyüşçü dostları ilə 70 düşmən əsgəri və xeyli zirehli texnikanı məhv edib. Mehman Sayadov 1992-ci il 9 may tarixdə Şuşanın Nəbilər kəndində baş verən döyüş zamanı qəhrəmancasına şəhid olub.

Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı Fərmanı ilə Sayadov Mehman Qəzənfər oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb!

Ruhu şad olsun!

 

 

Pərvanə Fərhadqızı

 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı