Xəbərlər 20.11.2023 19:27 1682

BƏƏ-də dünyanın ən böyük günəş elektrik stansiyası istifadəyə verilib

Birləşmiş Ərəb Əmirliklərində dünyanın ən böyük günəş elektrik stansiyası olan Əl-Dhafra istifadəyə verilib. Obyektin rəsmi açılışı noyabrın 30-dan dekabrın 12-dək Birləşmiş Ərəb Əmirliklərində keçirilməsi planlaşdırılan İqlim Dəyişikliyi Konfransı ərəfəsindədir.

QHT.az xəbər verir ki, gücü 2 giqavat olan elektrik stansiyası Əbu-Dabidən 35 kilometr aralıda yerləşir. Al Dhafra təxminən 4 milyon iki üzlü günəş paneli ilə təchiz edilmişdir. Obyekt 200 minə yaxın ev təsərrüfatını elektrik enerjisi ilə təmin edəcək və karbon qazı emissiyasını 2,4 milyon tondan çox azaldacaq.

Stansiyanın tikintisinin zirvəsində təxminən 4,5 min iş yeri yaradılıb.  Elektrik stansiyası şəbəkəyə qoşulduqdan sonra Birləşmiş Ərəb Əmirliklərində günəş enerjisi gücü 3,2 giqavata yüksəldi. Ölkə 2030-cu ilə qədər bərpa olunan enerji infrastrukturunun gücünü üç dəfə artıraraq 14 giqavata çatdırmağı hədəfləyir. Birləşmiş Ərəb Əmirliklərinin rəhbərliyi əmin edir ki, ölkə əsrin ortalarına qədər karbondan neytral olacaq.

 

R.İmanov


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı