Hər gün şorba yeyəndə orqanizmdə nə baş verir?
Diyetoloqlar bütün çeşidlər arasında hansı şorbanın ən sağlam olduğunu bildiriblər.
QHT.az xəbər verir ki, Dietoloq Elizabeth Ward bildirib ki, tərəvəz şorbası həzm və toxluq üçün əla olan liflə zəngindir və bir çox tərəvəzdə bağırsaqlarınızdakı yaxşı bakteriyaları qidalandırmağa kömək edən prebiotik lif var: “Şorba, xüsusilə sümük suyu ilə hazırlanırsa, vacib bir protein mənbəyi ola bilər.Toyuq, balıq və ya tofu kimi yağsız protein mənbələri də daxil olmaqla, toxluq hissini artıra bilər. Toyuq şorbası soyuqdəymə zamanı iltihab əleyhinə təsir göstərir. Alimlər bu şorbanın "dərman fəaliyyəti" olduğunu aşkar etdilər”.
Mütəxəssislər qeyd ediblər ki, şorbaların bütün çeşidləri ilə birlikdə ən sağlamının tərəvəz olduğu elmi şəkildə sübut olunub. Bu şorbalar sağlamlıq üçün faydalı olan minerallar, vitaminlər və bioaktiv bitki birləşmələri ilə doludur. Onlar mükəmməl doyurur və bədəndə sabit su balansına kömək edir. Dietoloqlar əlavə ediblər ki, araşdırmalara görə şorba bərk qidalardan daha çox toxluq hissi yarada bilər. Tədqiqatlar hətta şorbanın arıqlamağa, sağlam çəkini saxlamağa və piylənmə riskinizi azaltmağa kömək edə biləcəyini göstərdi.
Bütün bunlarla, diyetoloqlar razılaşırlar ki, hər zaman sağlamlıq üçün ən yaxşı seçim restorandan sifariş edilən və ya mağazadan alınan şorba deyil, evdə hazırlanmış şorbadır.
Pərvanə Fərhadqızı