Xəbərlər 03.11.2023 10:28 7055

Tokayev Əliyevi və Azərbaycan xalqını təbrik etdi

Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməsi münasibəti ilə Prezident İlham Əliyevi və Azərbaycan xalqını təbrik edib.

 

QHT.az  Axar.az-a istinadən  xəbər verir ki, bu barədə Qazaxıstanın dövlət başçısı Astanada keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) 10-cu yubiley Zirvə görüşünün açılışında bildirib.

 

Onun sözlərinə görə, Azərbaycan suverenliyini bütün ərazisində təmin etməklə BMT-nin sənədlərini icra etdi.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı