Qadın Gündəliyi Platformasının rəhbəri BMT tərəfindən təltif edildi - FOTO
Femact Azərbaycan Qadın Fondunun rəhbəri, Qadın Gündəliyi Milli Dialoq Platformasının təşəbbüskarı Pərvanə Məmmədova BMT-nin sertifikatı ilə təltif edilib.
QHT.az xəbər verir ki, təşəkkür sertifikatı Pərvanə Məmmədovaya Birləşmiş Millətlər Təşkilatının yaradılmasının 78-ci ildönümü günü keçirilən rəsmi qəbulda “Qadın Gündəliyi Milli Dialoq Platforması” Dayanıqlı İnkişaf Məqsədlərinin (SDGs) həyata keçirilməsinə davamlı töhfəsinə görə təqdim edilib.
