Xəbərlər 18.10.2023 21:23 1971

Şəhid Rauf Qurbanovun anım günüdür

Azərbaycan Silahlı Qüvvələrinin leytenantı olan Rauf Vahid oğlu Qurbanov 1995-ci il oktyabrın 5-də Şərur rayonunun Ələkli kəndində anadan olub.

QHT.az xəbər verir ki, 2011-2014-cü illərdə Heydər Əliyev adına Hərbi Liseydə, 2014-2018-ci illərdə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb. 2018-ci ildən Azərbaycan Ordusunda xidmət edən Rauf Qurbanov 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsində Füzuli və Xocavənd istiqamətində gedən döyüşlərdə iştirak edib və oktyabrın 18-də qəhrəmancasına şəhid olub.

Rauf Qurbanov göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

Ruhu şad olsun!

 

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı