Xəbərlər 11.10.2023 13:28 13826

Bu gün "Beynəlxalq Qızlar Günü” kimi qeyd olunur

BMT Baş Assambleyasının 2011-ci ildə verdiyi təklifə əsasən, 2012-ci ildən etibarən hər il 11 oktyabr tarixi “Beynəlxalq Qızlar Günü” kimi qeyd olunur. Bu günün keçirilməsində əsas məqsəd diqqəti qızların hüquqlarının müdafiəsinə, oğlan və qızlar arasında gender bərabərliyinin təmin olunmasına, müxtəlif növ ayrıseçkilikdən və baxımsızlıqdan əziyyət çəkən qızlara yönəltməkdir. Təhsil almaq, sosial hüquqlar, habelə uşaq yaşlarında ayrı-seçkilikdən, zorakılıqdan və məcburi evlilikdən müdafiə olunmaq həmin problemlər sırasındadır.

QHT.az xəbər verir ki, Azəriqaz Qadın və İnkişaf Şurasının sədri Gülnar Rehimqızı bildirib ki, qız uşaqlarına səlahiyyət verilməsi, onların haqlarının təmin olunması, üzləşdikləri ayrı-seçkilik və zorakılıq hallarına qarşı mübarizə bəşəriyyətin inkişafı üçün vacibdir: “Belə bir günün keçirilməsi çox yaxşı haldır. Dünyada qadınlar çətinliklərlə tez-tez üzləşir. Qadınların hüquqları pozulur. Düzdür, beynəlxalq qadınlar günümüz var ki, hər il qeyd edirik. Xoş sözlər, təbriklər eşidirik. Üstəlik, qızlar günü qeyd olunursa, buna ancaq sevinmək olar. Nə xoş ki, qadınlarımız, qızlarımız sevgi ilə xatırlanır. Dünyada belə bir günün təşkil olunmasına səy göstərilirsə, deməli, qızlar hər zaman qorunur”.

Təmiz Dünya Qadınlara Yardım Ictimai Birliyinin sədri Mehriban Zeynalova bildirib ki, arzu edirəm ki, qız uşaqları cinsə görə yox, insan və vətəndaşlıq xüsusiyyətləri ilə seçilib, hər bir ailədə dəyərin bir hissəsi olaraq əvəzsiz olsun: “Qızlar təhsil alsın, qızlar ailədə, cəmiyyətdə bərabər iştirakçıya çevrilsin”.

Bayramınız mübarək QIZLAR!

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı