Hərbi əməliyyatlardan zərər çəkmiş uşaqlara psixi sağlamlıq və psixososial dəstək göstərilir
Münaqişə uşaqların psixi sağlamlığına və psixoloji rifahına uzunmüddətli təsir göstərə bilər. Minalar və partlamamış hərbi sursatlarla çirklənmiş geniş ərazilərdə və onların yaxınlığında böyümək uşaqlar üçün böyük risklər törədə və onların qorxu içində yaşamasına səbəbdir.
QHT.az xəbər verir ki, BMT-nin Uşaq Fondu Azərbaycan 2020-ci ildən etibarən hərbi əməliyyatlardan zərər çəkmiş uşaqlara psixi sağlamlıq və psixososial dəstək göstərməyə davam edir. Bura Gəncə, Tərtər, Goranboy və Ağdam rayonunda minlərlə uşaq və analara psixoloji yardım, eləcə də inkişaf və əyləncə fəaliyyətləri ilə bağlı dəstək göstərmək daxildir. UNICEF, eyni zamanda, münaqişənin təsirlərini azaltmaq məqsədilə xüsusi olaraq dünya təcrübəsindən istifadə edərək Azərbaycan üçün texniki və tədris materialları hazırlayıb.
Pərvanə Fərhadqızı