Xəbərlər 05.10.2023 12:09 3143

Gəncədə "Gender bərabərliyi və məişət zorakılığı " mövzusunda təlim - FOTOLAR

Oktyabrın 4-də Gənc Hüquqşünaslar İctimai Birliyi Gəncə Gənclər Evində "Gender bərabərliyi və məişət zorakılığı " mövzusunda növbəti təlim keçirib.

Birlikdən QHT.az-a verilən məlumata görə, təlim Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi təşkil olunub. Təlimçi psixoloq Könül Cəfərova tərəfindən təşkil olunan təlim cəmiyyətimizdə məişət zorakılığının qarşısının alınması, zorakılıq hallarından zərər çəkmiş şəxslərə yardımın göstərilməsi kimi mövzuları əks etdirib.

Təlim zamanı məlumat xarakterli bukletlər də təlim iştirakçılarına paylanıb. Bundan başqa məişətdə, sosial-ictimai, iqtisadi və mədəni həyatda gender balansının qorunmasının, sağlam və faydalı həyat tərzində fərdlər arasında diskriminasiyaya yol verilməməsinin önəmi auditoriyaya çatdırılıb.

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı