Xəbərlər 29.09.2023 09:49 2478

Xankəndiyə qayıdış: Çadır da qurub yaşamağa hazırıq - Sakinlər danışır

19-20 sentyabr tarixlərində Azərbaycan ordusunun həyata keçirdiyi antiterror tədbirləri separatçı rejimin "ağ bayraq" qaldırması və rəsmi Bakının şərtləri ilə razılaşması ilə nəticələnib. Qarabağ bölgəsindəki qondarma qurum Azərbaycanın şərtlərinə uyğun olaraq bu gün özünü buraxıb.

 Azərbaycan xalqının artıq Ağdərə, Xocalı, Xocavənd, Xankəndiyə qayıdışı müzakirə olunur. Bir neçə gün öncə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev otuz beş il əvvəl Xankəndi şəhərindən məcburi köçkün düşmüş azərbaycanlıların bir qrupu ilə görüşüb.

Görüşdə Xankəndindən olan keçmiş məcburi köçkünlər: ziyalılar, ictimai fəallar, həmçinin Dövlət Komitəsi yanında İctimai Şuranın üzvləri iştirak edib, qayıdışa hazırlıq məsələlərinə dair rəy və təkliflərini səsləndiriblər.

“Xankəndi” Məcburi Köçkünlərə Dəstək İctimai Birliyinin rəhbəri Xatirə Vəliyeva da həmin görüşdə iştirak edib.

QHT.az bildirir ki,   O, Modern.az-a açıqlamasında Xankəndindən olan biri olaraq tezliklə şəhərə gedə biləcəyi üçün sevincli olduğunu bildirib.

 

 

 

“35 ildir gözlədiyimiz, hər dəqiqə danışdığımız, bir an belə unutmadığımız, cismən burada olsaq da ruhən hər gün Xankəndində olduğumuz an gerçəkləşir. Artıq biz ruhən yox, tezliklə cismən də gedəcəyik. Ağlımıza gəlməyən başımıza gəldi. Biz bilirdik ki, qayıdacağıq, heç vaxt ümidimizi üzməmişdik. 

 

 

 

Bütün Xocalı əkin sahəsi idi, biz bu vaxtlar məktəbdən üzüm yığımına kömək üçün gedərdik. Ermənilər heç əkinlə də məşğul olmayıblar. Onların heç zaman torpaq məhəbbəti olmayıb, insan terroristi kimi, tarixi abidələrin terroristi kimi eyni zamanda torpaq terroristidirlər. Onları yetişdirən, yedizdirən torpağı terrora məruz qoyublar, bu gün də mina basdırmaqla bu fəaliyyətə davam edirlər. Bunu ancaq erməni edər.

 

 

 

Bizim xoş günümüz, qələbəmiz Ali Baş Komandanımız, müzəffər ordumuz, hər birimizin övladı olan oğullarımız sayəsindədir. Unudulmaz, qan yaddaşımız olan şəhidlərimizin qarşısında baş əyirik. Bir ömür boyu, son nəfəsimizə qədər biz onları yad edəcəyik. Onlar borcu ödənilməz qəhrəmanlıq ediblər. Bizim utanc hissimizi yox edib, qürurla əvəz ediblər. Bizi dünyaya tanıdıblar. Ali Baş Komandanın başçılığı altında biz varıq. Qarabağ Azərbaycandır. Qərbi Zəngəzur da Azərbaycandır. Bu şüarla Allah haqq səsimizi eşitdi. Göydə Allah, yerdə Ali Baş Komandan və ordumuz sayəsində qalibl olduq”.

Xatirə Vəliyeva Rövşən Rzayev və Xankəndi şəhərindən məcburi köçkün düşmüş azərbaycanlılarla "Qaçqınkom"da keçirilən görüşdən də söz açıb:

 

“Komitə sədri cənab Rövşən Rzayev xankəndililərin sevincini bölüşmək, onların sevincinə şərik olmaq istədi. Onları dəvət etdi. Xankəndi sakinləri 41 rayonda məskunlaşıb. Hər kəsə əlimiz yetmir. Amma şəhər əhalisi ilə görüş təşkil etdik. Bu görüş ekspromt alındı. Çalışdıq ki, ziyalılar, orada yaşamış, doğulmuş, hər biri bir ailədən olan nümayəndə iştirak etsin. 

 

 

 

Hər zaman nir bir birimizlə telefon əlaqəmiz olub. Mənim şəxsən hər kəslə əlaqəm var. Telefon əlaqəsi, görüşlərdə, xeyir-şərdə görüşmüşük. Amma eləsi var idi, 35 ildir ildir kigörüşmürdülər, ilk dəfə orada görüşürdülər. İlk danışığımız məktıbdən, yaşafıgımız məhlələrdən oldu, necə başladı, necə müqavimət göstərdik. Rövşən müəllim xoş aura ilə, qürur hissi ilə bizi qarşıladı. Qaçqınkomda Şura üzvü olduhuma görə Rövşən müəllimlə mütamadi görüşlərimiz olub .Görüşlərdə hər zaman Xankəndinin də tezliklə azad olacagını vurgulayıb deyirdi ki, “narahat olmayın siz də qayıdacaqsız. Xankəndi də qayıdacaq. Xankəndi də bizimdir”. Rövşən müəllim bizimlə çox səmimi görüşərək, sevincimizə şərik olub bizi təbrik etdi . Biz hamımız nostalji hisslər yaşayırdıq.

 

 35 ildə bu bir ilk idi ki, Xankəndi sakinlərinin dövlət qurumu ilə görüş oldu. Xankəndinin icra strukturu, nümayəndəliyi də olmadığına görə biz xeyir-şərdə və ya hansısa tədbirlərdə görüşürdük. 

O, görüşdə təklif səsləndirdiyini də deyib: Bilirik ki, qayıdışımıza zaman lazımdır. Ali Baş Komandan nəyin nə zaman, necə olacağını daha gözəl bilir. Ermənilər evimizdə yaşayır, eybi yoxdur, zaman gələcək, evimiz onsuz da bizi gözləyir, biz öz evimizdə yaşayacağıq. Məktəbimiz durur,lazım gələrsə, bizim orada yaşamımızı məktəbimizdə təmin etmək olar. Stadionun yanındadır. Məktəbimizi boşaltsınlar, biz orada müvəqqəti olaraq yaşamaga hazırlq. Rövşən müəllim məniim təklifimi xoş qarşıladı, dedi ki, bilirəm, inanıram ki, hər kəs orada çadır da qurub yaşamağa hazırdır. Amma zamanı gözləyək. Bəli, o bizim istəyimizdir, arzumuzdur. Bizim üçün şərəfdir. Biz lazım gəlsə, buradan marafon edib, piyada da gedə bilərik, Agdam—Xankəndi yolu ilə, 1988- ci ildə dogma şəhərimizi tərk etdiyimiz yolla. 

 

 

 

Görüşdə Xankəndi ziyalıları ilə bərabər döyüşçülər də iştirak edirdilər. Mən hərbçilərə demişdim ki, hərbi geyimdə gəlməsinlər.Biz hər zaman onlara hərbi geyimdə lazımi mesajı vermişik. Bu gün biz qalibik, ordumuz oradadır. Bu gün biz mülki sakin kimi getmək istəyirik. Döyüş, müharibə istəmirik. Döyüşümüzü əsgərimiz orada aparır. Biz sakinlər də yanlarındayıq. Bizim döyüşümüz qayıdışımızdır”.

 

 

 

Xatirə Vəliyeva reinteqrasiya prosesi həyata keçəcəyi halda ermənilərin Xankəndi ərazisində yaşa biləcəklərinə etiraz etmədiyini qeyd edib.

 

 

 

“Bilmirik onlar nə zaman çıxacaq. Zaman lazımdır. Orada yaşayırlar, yaşasınlar. Azərbaycan himnini onların uşaqları hər gün məktəbdə səsləndirəcəklərsə, konstitusiya və qanunlarımız əsasında yaşayıb, reinteqrasiya olunacaqlarsa, Azərbaycan tarixini oxumağı qəbul edəcəklərsə, Azərbaycan bayrağı altında əsgər gedib, sərhədimizi qoruyacaqlarsa, digər dövlətlərə Azərbaycan pasportu ilə gedəcəksə, yaşasınlar. Amma onlar bunu edəcəklərmi? Bu gün görürük ki, onlar bunu qəbul etmirlər. Çünki kütləvi köç başlayır. Axı onlara heç kim köç demir. Əksinə bizim korrespondentlər, mətbuat niyə köçürsüz, qalın deyir. Bütün günü saytları izləyirəm , heç bir təyziq olmadan köçürlərsə, bu onların seçimidir. Deyirlər 35 il əvvəl gözəl yaşamışıq. Nə oldu, bəs birdən-birə niyə yaşamadız? Niyə çörəyini yediyiniz, suyunu içdiyiniz insanlara bir anda düşmən kəsildiz? Niyə bu hadisələr baş verdi? Bunun cavabını siz verməlisiz! Siz dünyaya mesaj verirsiz ki, burada azərbaycanlı yaşamayıb". Amma bütün müsahibələriniz Azərbaycancadır. Biz orada yaşamamışıqsa, siz Azərbaycan dilini kimdən, haradan öyrənmisiz? Bu gün hər bir erməni azərbaycanca danışa-danışa keçid məntəqəsindən keçərək Azərbaycanı tərk edir.

 

 

 

Sonda cənab prezidentin yürütdüyü siyasət öz sözünü dedi. Bütün bölgələrə bayrağımız sancıldı. Biz Azərbaycan Ordusunun Xankəndinin parad meydandan keçərək “Qarabağ Azərbaycandır!” - deyə səsləndirəcəyi günü səbrsizliklə gözləyirik!

 

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı