Xəbərlər 28.09.2023 00:45 1429

İran yerli hərbi peykini orbitə çıxarıb

İran İslam İnqilabı Keşikçiləri Korpusu Aerokosmik Qüvvələri "Noor-III" hərbi peykini "Qased" daşıyıcı raketi ilə Yer səthindən 450 kilometr (279,6 mil) yüksəklikdə uğurla orbitə çıxarıb.

QHT.az xəbər verir ki, Aerokosmik Qüvvələrinin mütəxəssislərinin səyləri sayəsində İranın "Qased" daşıyıcı raketi ilə "Noor-III" peyki Yer səthindən 450 kilometr hündürlükdə orbitə uğurla buraxılıb. Ölkənin kosmik sənayesinin bütün əməkdaşlarını və hər kəsi təbrik edirəm.

Qeyd edək ki, İran martın sonuna kimi orbitə daha iki peyk buraxmağı planlaşdırır. Tehran özünün ilk yerli hərbi peyki Noor-I-i 2020-ci ilin aprelində, ikincisi Noor-II isə 2022-ci ilin martında orbitə çıxarıb.

 

 

Pərvanə Fərhdqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı