Xəbərlər 18.09.2023 21:21 1503

Samux rayonunda "Erkən və qohum nikahların fəsadları" mövzusunda təlim keçirilib- FOTOLAR

Bələdiyyə Resurs və Təlim Mərkəzi İctimai birliyi tərəfindən icra olunan "Məsuliyyətli valideyn ailə dəyərinin təməlidir adlı tədbirlərin təşkili" layihəsinin icrası davam edir.

Birlikdən QHT.az-a verilən məlumata görə, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən layihənin icra planına uygun valideynlər arasında maariflənmə işləri davam etdirilir. Senytabrın 18-də Samux rayonu Qarayeri qəsəbəsində 1 mömrəli məktəb- liseydə 25 valideynə "Erkən və qohum nikahların fəsadları" mövzusunda təlim keçirilib. Təlim zamanı erkən nikah, qızların təhsildən yayınması, qohum və erkən nikahların fəsadları kimi məsələlərə toxunulub.

2022- ci ildə Bələdiyyə Resurs və Təlim Mərkəzi İctimai birliyinin həyata keçirdiyi "Cəmiyyətin inkişafında erkən nikah problemi" layihəsi çərçivəsində çəkilmiş "Mənim arzularım var" qısametrajlı film izlənilib. Daha sonra təlim boyu müxtəlif rol oyunları, energizerlər və qrup işləri təşkil olunub. Təlim valideynlər tərəfindən maraqla qarşılanıb və mövzu ətrafında geniş müzakirələr aparılıb.

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı