Xəbərlər 18.09.2023 19:30 4721

Yeni qaydalar QHT-lərin fəaliyyətində müsbət rol oynayacaq

Yeni qaydalar QHT-lərin ixtisaslaşmasına, hər dəfə yeni ideya ilə çıxış etməyə, media ilə daha çox işləməyə müəyyən mənada məcbur edir.
 

Nazirlər Kabinetinin QHT-lərin qrant maliyyələşməsi ilə bağlı yeni müsabiqə şərtlərini təsdiq etməsi birmənalı qarşılanmır. Sosial şəbəkələrdə müzakirə açanlar arasında yeni qadalarda, əslində yenilik olmadığını və qrant layihələri üçün şərtlərin ağırlaşdırıldığını iddia edənlər də var. Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin ictimaiyyətlə əlaqələr üzrə meneceri Ülviyyə Qarayeva AZƏRTAC-a müsahibəsində qeyd edib ki, yeniliklər əsasən meyarlarla bağlıdır. Təqdim ediləcək layihənin QHT-nin nizamnaməsində nəzərdə tutulan fəaliyyət istiqamətlərinə uyğun olması əsas şərtlərdən biri olacaq. Bəzi hallarda QHT-lər elə layihələr təqdim edir ki, QHT-nin öz Nizamnaməsində həmin fəaliyyət istiqaməti yoxdur. Bundan başqa layihənin icrası ilə bağlı QHT-nin işçi heyəti layihə idarəetmə imkanlarına malik olmalıdır. Bunlar olmadıqda, təqdim olunan layihələr bütün müsabiqə formaları üzrə texniki ekspertiza mərhələsindən keçə bilməyəcək. Bu “filtr” layihə təqdim edən QHT-lərin məsuliyyətini artıracaq. Ü.Qarayeva bildirib ki, qrantlar müxtəlif – kiçik (15 min manat), orta (30 min manat) və böyük (50 min manat) məbləğlərdə olacaq. 
 

Yeniliklərlə bağlı "Sherg.az"a açıqlama verən “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” ictimai birliyinin sədri, QHT.az saytının rəhbəri Cəsarət Hüseynzadə bildirdi ki, Nazirlər Kabineti tərəfindən təsdiq olunan qaydalar QHT-lərə Dövlət Dəstəyi Agentliyinin qrant siyasətinin ümumilikdə tənzimləyən müddəaları özündə əks etdirir: "Bəzi şəxslər elə bilirlər ki, yeni qaydalar ümumilikdə qrantlarla bağlıdır. Bu yanlış fikirdir. Yeni Qaydalar  QHT Agentliyi tərəfindən verilən qrantların verilmə meyarlarını və layihələrin icrasında nəzarəti özündə əks etdirir. Bu qaydaların təsdiq olunması Cənab Prezident İlham Əliyev tərəfindən imzalanan Azərbaycan Respublikasında qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi sahəsində idarəetmənin təkmilləşdirilməsi və “Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 13 dekabr tarixli 674 nömrəli Fərmanının ləğv edilməsi barədə  19 aprel 2021-ci il tarixli fərmanından irəli gəlir. 

 

Ötən dövr ərzində müvəqqəti qaydalar qüvvədə idi. Və həmin qaydalar keçid dövrü üçün, yəni Nazirlər Kabinetinin təsdiq edəcəyi qaydalara qədər qüvvədə olacaqdı. Yəni Nazirlər Kabinetinin təsdiq etdiyi qaydalar ilk növbədə  Prezident tərəfindən qoyulan tələb idi və o icra olmalı idi. Mənim fikrimcə qanunvericilik və digər hüquqi aktlar reallıqları və gözləntiləri özündə əks etdirməlidir. Bu gün bizim qəbul etdiyimiz qaydalar reallıqla  uzlaşmalıdır. Bu baxımdan yeni qaydalar reallıqları özündə əks etdirməklə yanaşı, inkişaf üçün də stimul yaradır. 

Başqa bir məqam ondan ibarədir ki, qəbul olunmuş yeni qaydalar müvafiq qurumlar arasında müzakirə olunmaqla yanaşı ən yuxarı instansiyalara qədər heç şübhəsiz çatdırılır. Son dövrlər vətəndaş cəmiyyətinin müxtəlif ictimai və milli əhəmiyyətli kampaniyaları kontekstində QHT sektoru ilə bağlı müzakirələrin aparılması, ümumilikdə bu sektora dəstəyin artırılması baxımdan əlavə təsir imkanlarının yaradacağına əminlik yaradır". 


C.Hüseynzadə bildirib ki, NK-nin qəbul etdiyi qərarın həm də icrası baxımından məsuliyyətin bir qədər də artacağına və bu da layihələrin qiymətləndirilməsində və icrasında keyfiyyət baxımından xeyli irəliləyişlərin olacağını qeyd etmək olar:

 "Yeni qaydalarda müsabiqələrin keçirilməsi mərhələləri üzrə konkret vaxtların qoyulması QHT-lərin təqdim etdiyi layihələrin icrası ilə bağlı uyğuru fəaliyyət planın seçilməsi üçün önəmlidir. 
Biz QHT təmsilçiləri bu məsələ ilə bağlı mütəmadi təkliflərimizi verirdik ki, layihələrinin nəticələrin elan olunması tarixi  ilə layihədə nəzərdə tutulan fəaliyyətlərin tarixi arasında uyğunsuzluq yaranır. Bundan başqa yeni qaydalarda layihənin mahiyyətini dəyişməyən lakin hər hansı texniki yanlışlıqları aradan qaldırılması üçün QHT-yə imkan yardılması kimi müxtəlif formada QHT-lər umun yaranmış texnikli problemlərin aradan qaldırılması üçün müddəalar vardır ki, bu da özü-özlüyündə müsbət müddəalardır. 


Bəzən QHT hər hansı kiçik texniki səhv ucbatından  müsabiqədən kənarda qalırdı. Artıq yeni qaydalar bu baxımdan QHT-lərə yeni imkanlar verəcəkdir. Orta və böyük qranlarla bağlı müddəalar da bu qrantlarla bağlı sağlam rəqabətin inkişafına səbəb olacaqdır. Xüsusən bu mərhələ ilə bağlı vacib bir məqamı qeyd etmək istərdim ki, yeni qaydalar hər hansı digər dövlət qurumundan alınan qrant üzrə öhdəliyinin yerinə yetirməyən QHT-ni orta və böyük qrant müsabiqəsinə buraxmağı qadağan edir. 


Bu məqam strateji baxışı özündə ehtiva edir. Mən xüsusən onu qeyd etmək istərdim ki, bu gün hər hansı daha sərt qaydalar qoymaqla, QHT-lərin qarşısına hər hansı sədlərin qoyulması düzgün olmazdı. Bəli, yeni qaydalar QHT-lərin ixtisaslaşmasına, hər dəfə yeni ideya ilə çıxış etməyə, media ilə daha çox işləməyə  müəyyən mənada məcbur edir. Bu isə QHT-lərin inkişafı üçün, onların ictimai nüfuzunun artırılması üçün vacib amillərdir".


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı