Qrant müsabiqələrində yeniliklər hansılardır?
“Yeniliklər layihənin QHT-nin nizamnaməsində nəzərdə tutulan fəaliyyət istiqamətlərinə uyğun olması əsas şərtlərdən biri olacaq”.
QHT.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin ictimaiyyətlə əlaqələr üzrə meneceri Ülviyyə Qarayeva bildirib. O, qeyd edib ki, bəzi hallarda QHT-lər elə layihələr təqdim edir ki, QHT-nin öz Nizamnaməsində həmin fəaliyyət istiqaməti yoxdur: “Bundan başqa layihənin icrası ilə bağlı QHT-nin işçi heyəti layihə idarəetmə imkanlarına malik olmalıdır. Bunlar olmadıqda, təqdim olunan layihələr bütün müsabiqə formaları üzrə texniki ekspertiza mərhələsindən keçə bilməyəcək. Bu “filtr” layihə təqdim edən QHT-lərin məsuliyyətini artıracaq”.
Pərvanə Fərhadqızı