Xəbərlər 14.09.2023 22:27 1262

“15 sentyabr Türkiyə və Azərbaycan üçün ən önəmli günlərdən biridir” -Emin Həsənli 

15 sentyabr Bakının və Azərbaycanın tarixində çox mühüm hadisələrdən biridir. 1918-ci ilin 15 sentyabrında Qafqaz İslam Ordusunun böyük zəfəri, qələbəsi nəticəsində Bakı erməni daşnak və bolşevik işğalından azad edildi. O işin başında duran Nuru paşa, Ənvər paşa qardaş Azərbaycana 12 min könüllünü göndərdi.

 

QHT.az bildirir ki,  bu fikirləri 15 may Bakının azad edilməsi günü ilə bağlı Herbiand.az-a “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İB-nın sədri. Emin Həsənli bildirib.

 

Emin Həsənli 15 may zəfərinin böyük tarixi əhəmiyyəti olduğunu bildirir:

 

“Nuru paşanın rəhbərliyi ilə Azərbaycanda Qafqaz İslam Ordusunun qurulması, Gəncədən Bakıya yürüş edilməsi Azərbaycanın böyük hissəsini erməni-daşnak, rus-bolşevik işğalından azad etməsi və Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtının Bakıya keçirilməsinin çox böyük tarixi əhəmiyyəti var. Türk əsgərləri 1130 şəhid verib, Allah onların hər birinə rəhmət eləsin. Azərbaycanın bir çox yerlərində onların məzarları var. Məzarları üstündə abidələr var. Bakıda və Şəhidlər Xiyabanında böyük abidə kompleksi var. Hər il azərbaycanlılar oranı ziyarət edirlər, Nuru paşa və onun əsgərlərinə öz ehtiram və hörmətlərini bildirirlər. Necə ki, Nuru paşanın komandanlığı ilə Azərbaycan əsgərləri ilə birlikdə Bakı azad edildi, Çanaqqala savaşında da, Qurtuluş savaşında da azərbaycanlılar canla-başla iştirak ediblər, dəstək veriblər, şəhid olublar”.

 

Birlik sədri Vətən Müharibəsində qazanılan zəfərdə də Nuru paşanın nəvələrinin mənəvi dəstəyinin önəmli olduğu qənaətindədir:

“2020-ci ilin 44 günlük vətən savaşında da Nuru paşanın nəvələri, qardaş Türkiyə Azərbaycanın yanında oldu. Mənəvi-siyasi dəstək verdi, Azərbaycan Ordusunun hazırlanmasında, müasir ordu quruculuğunda çox böyük dəstək oldular və bunun nəticəsində də Qarabağ torpaqları işğaldan azad edildi. Ulu Öndər Heydər Əliyev bizi 1 millət 2 dövlət adlandırıb. 1999-cu ildə Şəhidlər xiyabanında Süleyman Dəmirəllə birgə əziz türk şəhidlərinin ruhuna abidə qoyuldu. Şamaxıda bir çox yerlərdə də türk şəhidliyi üzərində abidə var. Qardaş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Prezident İlham Əliyev hər zaman o məzarları ziyarət edir, şəhidlərin ruhuna ehtiramını bildirirlər. Azərbaycan şəhidləri ilə bərabər türk şəhidlərinin abidəsi də hər zaman ziyarət edilir. Rəhbərlik etdiyim təşkilat – “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctima Birliyi 2001-ci ildən hər il qardaş Türkiyənin ölkəmizdəki səfirliyi ilə birlikdə silsilə tədbirlər keçirir. Biz Nuru paşanı unutmadıq, unutmayacağıq. Nuru paşa və onun silah yoldaşlarının əziz xatirəsi sonsuza qədər də yaşayacaq və bu gün Azərbaycanda şəhidlərə ucaldılmış abidə kompleksi buna bir nümunədir. Türkiyə-Azərbaycan bayraqları bu gün Şuşada və azad edilmiş digər torpaqlarda birgə dalğalanır və Nuru paşanın da hesab edirəm ki, abidəsi Bakı şəhərində qoyulacaqdır. Nuru paşa Bakının fatehidir, biz onu ehtiramla yad edirik. 15 sentyabr Bakının qurtuluş günüdür, Türkiyə və Azərbaycan üçün ən önəmli günlərdən biridir. Allah şəhidlərimizə rəhmət eləsin, qardaşlığımızı daimi etsin.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı