İsveçrədə Plenar Müzakirələr zamanı QHT sədrinin VİDEO Bəyanatı nümayiş olunub - VİDEO
Bu gün növbəti dəfə İsveçrənin Cenevrə şəhərində BMT-nin İnsan Hüquqları Şurasının 54-cü sessiyası zamanı "Birtəfərli məcburiyyət tədbirləri" mövzusu ilə bağlı Plenar Müzakirələr keçirilib.
QHT.az xəbər verir ki, “Hüquqi Təhlil və Araşdırma” İctimai Birliyinin sədri Ramil İskəndərlinin hazırladığı VİDEO Bəyanat sessiya zamanı nümayiş etdirilib. QHT sədri qeyd edib ki, burada əsasən dövlətlər tərəfindən beynəlxalq hüquqda nəzərdə tutulan öhdəliklərin yerinə yetirilməməsi ilə bağlı tətbiq edilən birtərəfli məcburiyyət tədbirlərinin əhaliyə təsiri məsələləri müzakirə edilib: “Mənim videomüraciətimdə isə bu cür məcburiyyət tədbirlərinin Ermənistana qarşı da istifadə edilməsi zərurəti qeyd olunur. Çıxışımda Ermənistanın həm müharibə zamanı, həmçinin hal-hazırda Azərbaycanın mülki əhalisinə qarşı törətdiyi cinayətlər, provokasiyalar və minaların basdırılması faktları barədə qeyd etdim”.
Daha ətraflı videoda:
Pərvanə Fərhadqızı