Abşeron rayonunda ictimai müzakirə keçirilib - FOTOLAR
Sentyabrın 13-də "Bakı Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzi" İctimai Birliyi Abşeron rayon Heydər Əliyev Mərkəzində "Regionlarda ictimai iştirakçılığın təmin olunması və ictimai nəzarətin gücləndirilməsi" layihəsi üzrə ictimai müzakirə keçirilib.
Birlikdən QHT.az-a verilən məlumata görə, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə təşkil olunur. Layihə çərçivəsində təşkil olunan tədbirdə ilk öncə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad olunması yolunda canından keçən şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Tədbiri Bakı Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzinin sədri, layihə rəhbəri Rauf Zeyni açıq elan edib, layihənin maliyyə dəstəyinə görə Azərbaycan Respublikasının Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə öz təşəkkürünü bildirib. Layihə rəhbəri Rauf Zeyni layihənin əsas məqsəd və əhəmiyyətini əks etdirən slayd-təqdimat edib, ictimai nəzarət və iştirakçılığın önəmini vurğulayıb və cəmiyyətin bu yöndə maarifləndirilməsi istiqamətində çıxış edib. Tədbirdə iştirak edən Abşeron rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Xatirə İsmayılova, Abşeron rayon İcra Hakimiyyətinin baş məsləhətçisi Vüqar Bəşirov, "Müasir İnternet Resurslarının İnkişafı" ictimai birliyinin sədri Zamin Zeynalov, "Qaçqın və Deportasiya Olunmuşlara Dəstək" İctimai birliyinin sədri Oqtay Sadıqov, "Əmək, Müharibə və Silahlı Qüvvələri veteranları" İctimai birliyinin Abşeron təşkilatı sədri Qabil Qocayev, "İstedadlı Əlillər" ictimai birliyinin sədri Qubad Qasımov, "Şəhid Ailələri, Əlilləri və Müharibə Veteranlarının Müdafiəsi" İctimai birliyinin Abşeron rayon təşlilatı sədri Saleh Hacıyev, "Ahıl, Ziyalılara Qayğı" İctimai birliyinin Abşeron rayon təşkilatı sədri Qorxmaz Əliyev və başqaları ictimai müzakirədə iştirak edərək cəmiyyətdə olan aktual problemlər və bu problemlərdən çıxış yolu olaraq təkliflərlə çıxış ediblər.
Qeyd edək ki, qaldırılan hər bir məsələ haqqında geniş müzakirə aparılıb və suallara cavab verilib, tədbirdə qaldırılan aktual məsələlər təşkilatımız tərəfindən qeydə alınıb və hər bir problem aidiyyatı üzrə müvafiq yerlərə yönləndiriləcək.
Pərvanə Fərhadqızı