Xəbərlər 12.09.2023 20:28 2383

Beyləqan rayonunda layihənin icrasınının yekununa dair seminar keçirilib - FOTOLAR

Bu gün Beyləqan rayonunda “Şəfa” Psixoloji-Sosial Yardım İctimai Birliyi “Müharibədən əziyyət çəkən qadınlara sosial- psixoloji dəstəyin göstərilməsi” layihəsi icrasınının yekununa dair seminar keçirib.

Birlikdən QHT.az-a verilən məlumata görə, layihə Azərbaycan Respublikasının Qeyri – Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir. Seminarda layihə rəhbəri Xəlil Süleymanov iştirakçılara layihənin donoru barədə geniş məlumat verib və sonra layihənin fəaliyyəti, məqsədi və görülmüş işlər barədə hazırlanmış slaydlar vasitəsi ilə ətraflı məlumat verib: “Beyləqan rayonunun  Vətən müharibəsi zamanı doğmalarını itirmiş şəhid və qazi ailə üzvlərindən olan 10 qadına  psixoloji gərginlikdən azad ola bilmək vərdişi qazandırmaq və özünə qarşı inamsızlığın aradan qaldırılması üçün sosial-psixoloji dəstək göstərilmişdir”.

Qeyd edək ki, layihə heyəti tərəfindən iştirakçıların sualları ətraflı cavablandırılıb. İştirakçılar layihənin region üçün aktual olduğunu qeyd edib, yeni təkliflər verərək bu kimi layihələrin daha geniş ərazidə davamlı təşkil edilməsinin zəruri olduğunu bildiriblər.

 

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı