Xəbərlər 09.09.2023 09:58 2160

Zaqatalada sahibkar qadınlar üçün 3 günlük təlim keçirilib - FOTO

 “Qadınlar Arasında Həmrylik” ictimai birliyi   “Qadınların rəqəmsal iqtisadiyyata qoşulmasına dəstək” layihəsi çərçivəsində Zaqatalada sahibkar qadınlar üçün 3 günlük təlim keçirib.
 

Bu barədə QHT.az-a təşkilatın sədri Ruhəngiz Hüseynova məlumat verərək bildirib ki, layihə Azərbaycan Respublikasının Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi dəstəyi ilə həyata keçirilir.
“Təlimdə xidmət, ticarət və istehsal sahələrində çalışan, eyni zamanda öz bizneslərini qurmaq istəyən xanımlar iştirak edib. 
Təlimdə “Rəqəmsal iqtisadiyyat nədir və iqtisadiyyatı necə rəqəmsallaşdırmaq olar?”,  “Biznesin inkişafı strategiyası”, “Rəqəmsal Savadlılıq”, “İnternetə çıxış”, “Təhlükəsizlik Praktik tapşırıqlar Mobil Proqramlardan və sosial şəbəkələrdən istifadə məlumatların onlayn paylaşılması yerləşdirilməsi”, “Rəqəmsal məhsul yaratma və rəqəmsal satış kanalları” kimi mövzular müzakirə olunub. Təlimin sonunda qadınlar video-roliklər hazırlayaraq nümayiş etdirilib.”


 

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı