Xəbərlər 28.08.2023 18:34 2603

“BMT-nin İnsan hüquqları mexanizmlərindən istifadə etməklə insan hüquqlarının monitorinqi və hesabatlılıq” mövzusunda təlimlərə start verilir

BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı Avropa İttifaqının maliyyə dəstəyi ilə sentyabr ayında “BMT-nin İnsan hüquqları mexanizmlərindən istifadə etməklə insan hüquqlarının monitorinqi və hesabatlılıq” mövzusunda təlimlərə start verir.

QHT.az Vətəndaş cəmiyyəti təşkilatları, hüquqşünaslar və digər maraqlı şəxslərin nəzərinə çatdırır ki, 14 sentyabr tarixində yerli mütəxəssislərin iştirakı ilə Bakı şəhərində keçiriləcək ilk təlimə qoşulmaq üçün aşağıdakı keçidə daxil olaraq müraciət edə bilərsiniz.

Qeydiyyat üçün link: https://bit.ly/3PfddVy

Müraciət üçün son tarix: 7 sentyabr 2023-cü il

Qeyd edək ki, qeydiyyat zamanı tələb olunan məlumatlar tam doldurulmalıdır.

İştiraka dəvət və daha ətraflı məlumat qeydiyyatdan keçmiş şəxslərə göndəriləcək.  Təlimlər ərzində iştirakçılara Azərbaycan dilində çap edilən yeni nəşrlər, təlim materialları və sertifikat təqdim ediləcək.

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı