Xəbərlər 24.08.2023 00:16 1562

Birinci Qarabağ Müharibəsi zamanı itkin düşmüş hərbçilərin sümüklərinin qalıqları aşkarlanıb - FOTO

Birinci Qarabağ Müharibəsi zamanı 1992-ci ildə Şuşanın Daşaltı kəndi istiqamətindəki döyüşlər zamanı itkin düşmüş 1969-cu il təvəllüdlü Baba Mikayılov, 1951-ci il təvəllüdlü Gülverdi Hüseynov və 1961-ci il təvəllüdlü Məhərrəm Abbasovun qalıqları 31 ildən sonra aşkar edilib.

QHT.az xəbər verir ki, bu gün hər üç şəhidimizin dəfn mərasimi baş tutub. Vətən müharibəsindən sonra işğaldan azad edilən torpaqlarımızda aparılan abadlıq işləri zaman Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş Azərbaycan hərbçilərinin sümüklərinin qalıqları aşkarlanıb.

Bildirək ki, Gülverdi Hüseynovun adını daşıyan nəvəsi, Qasımov Gülverdi Abil oğlu da Vətən Müharibəsində döyüşlərə qatılaraq şəhidlik zirvəsinə yüksəlib. Ölümündən sonra “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Cəsur döyüşçü” və “Vətən uğrunda” medallarına layiq görülüb.

Şəhid Məhərrəm Abbasovun Şuşa rayonunun Daşaltı kəndi ərazisində qalıqları aşkar edilmiş 7 nəfərdən biridir.

Allah şəhidlərimizə rəhmət eləsin!

 

Pərvanə Fərhadqızı

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı