Xəbərlər 08.06.2023 13:33 988

Oleşkidə daşqından zərərçəkənlər durmadan artır-ÖZƏL

Kaxovskaya su elektrik stansiyasının zədələnməsi nəticəsində İşğal altında olan Oleşki şəhərində daşqın qurbanlarının sayı artır. Daha 30 nəfər xəstəxanaya çatdırılıb. Daşqın nəticəsində ölənlər var, lakin onların sayını hələlik dəqiqləşdirmək mümkün deyil.

QHT.az xəbər verir ki, yerli sakinlər işğal olunmuş və su basmış şəhəri tərk edə bilmirlər, çünki ruslar onları çölə buraxmır və su altında qalmayan təhsil müəssisələrinə köçməyə icazə vermirlər. Rusiya Federasiyasının hərbçiləri insanları quru otaqlardan çıxarır və çoxmənzilli binaların yuxarı mərtəbələrində məskunlaşırlar.

Qeyd edək ki, iyunun 6-na keçən gecə ruslar Kaxovskaya su elektrik stansiyasını partladılması nəticəsində Xerson da daxil olmaqla onlarla yaşayış məntəqəsi su altında qalmışdı. Oleşki icmasının bəzi yaşayış məntəqələrində isə sular çəkilməyə başlayıb.

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı