Xəbərlər 24.05.2023 19:05 3884

“Nəva” qrupu Masallıda etno-caz konserti ilə çıxış edib

“Nəva” qrupu Masallıda etno-caz konserti ilə çıxış edib

 

Fərdin Məhəmmədzadənin “Nəva” qrupu və Səxavət Məmmədov (tar) mayın 23-də Nizami Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzində Etno-caz konserti ilə çıxış edib.
Əvvəlcə Ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilib.
Masallı Xalq Teatrının rejissoru Camaləddin Əliyev qonaqları salamlayaraq, mədəniyyət nazirliyinin Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr edilmiş silsilə tədbirlər çərçivəsində regionlarda təşkil olunan qastrol səfərləri haqqında məlumat verib.
“Nəva” qrupunun üzvləri Fərdin Məhəmmədzadənin (piano), Şəmsi Məmmədovun (bass), Cəfər Həsənovun (percussion) və Səxavət Məmmədovun (tar) rəngarəng ifaları izləyicilər tərəfindən maraqla qarşılanıb.

 

Akif AĞAYEV 
 

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı