USAID rəsmisi: "Azərbaycanda kiçik qadın sahibkarların maliyyə problemi var"
Azərbaycanda kiçik qadın sahibkarlar maliyyə problemləri yaşayırlar.
QHT.az "Report"-a istinadən xəbər verir ki, bunu ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycandakı missiyasının direktoru Maykl Nerbass Azərbaycan paytaxtında keçirilən "SHE Congress Baku, 2023. Own Your Life" tədbirində bildirib.
"Odur ki, kiçik qadın sahibkarlara daha çox dəstək verilməlidir", - deyə o qeyd edib.
"USAID Azərbaycanda qadın sahibkarlığını dəstəkləyir, qadınların biznesinin daha uğurlu olması üçün təlimlər və seminarlar keçirir. Bizim əsas missiyamız əlverişli biznes mühiti, eləcə də bazar iştirakçıları arasında ədalətli və şəffaf rəqabət yaratmaqdır. Azərbaycanın bölgələrindəki qadınların da biznes alətlərinə çıxışının olmasını vacib hesab edirəm və biz bu istiqamətdə işləyirik", - deyə USAID rəsmisi əlavə edib.