Qrantlar 16.05.2023 22:59 9440

2023-cü il üzrə  “Mobillik qrantı” müsabiqəsi ELAN EDİLDİ

Azərbaycan Elm Fondu təbiət, texniki, humanitar və ictimai sahələr üzrə fundamental, tətbiqi və eksperimental tədqiqat işləri ilə məşğul olan alimlərin elmi fəaliyyətini stimullaşdırmaq və onlara xaricdə elmi tədbirlərdə və qısamüddətli təcrübəkeçmədə iştirak, Azərbaycanda alınmış elmi nəticələrin tanıdılması, təcrübə mübadiləsi və yeni əlaqələrin qurulması imkanı yaratmaq məqsədilə 10-cu “Mobillik qrantı” müsabiqəsini elan edir.

 

Perspektivli gənc alimlər, eləcə də öz elmi sahəsində lider olan tədqiqatçılar bu qrant üçün müraciət edə bilərlər. Müraciət edənlərin yaşı, eləcə də tədqiqatın tematik sahələri ilə bağlı heç bir məhdudiyyət yoxdur.

Müsabiqədə iştirak etmək üçün layihələr 17 may – 15 iyun 2023-cü il tarixləri arasında qəbul olunacaq. Müsabiqənin nəticələrinin 2023-cü ilin iyul-avqust aylarında açıqlanması planlaşdırılır.

 

Layihələrin növləri:
QMTK - Azərbaycandan olan alim və mütəxəssislərin xaricdə qısamüddətli təcrübəkeçmə proqramlarında iştirakının qismən və ya tam şəkildə maliyyələşdirilməklə təmin edilməsi;

 

Azərbaycan Elm Fondu 1 (bir) ayadək olan təcrübəkeçmə proqramlarını dəstəkləyir və təcrübəkeçmə ilə bağlı şərtlərdən asılı olaraq (təcrübəkeçmənin baş tutacağı təşkilatla bağlı xərclər Fond tərəfindən ödənilmir) qismən maliyyələşdirilmə də baş tuta bilər.

 

XETİ - Azərbaycandan olan alim və mütəxəssislərin xaricdə keçirilən nüfuzlu regional və beynəlxalq elmi tədbirlərdə şifahi elmi məruzələrlə iştirakının qismən və ya tam şəkildə maliyyələşdirilməklə təmin edilməsi.
Əlavə məlumat Fondun internet səhifəsində (www.aef.gov.az ) dərc olunub.

ELAN


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı