Xəbərlər 04.05.2023 20:39 3646

Ombudsman QHT sədrlərini  yubiley medalı ilə təltif etdi - FOTO

Mayın 3-də Bakıda Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Ümummilli Lider Heydər Əliyev və müstəqil Azərbaycanda insan hüquqlarının inkişafı” mövzusunda elmi-praktiki konfrans keçirilib.

QHT.az xəbər verir ki, konfrans çərçivəsində Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu, Beynəlxalq İnsan Hüquqları Cəmiyyətinin Azərbaycan Milli Bölməsinin sədri Səadət Bənənyarlı və “İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi” İctimai Birliyinin sədri Səidə Qocamanlı insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində fəaliyyətlərinə görə Ombudsman Səbinə Əliyeva tərəfindən “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)  təsisatının 20 illiyi (2002-2022)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilib.

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı