Xəbərlər 27.03.2023 13:11 1953

QHT sədri BMT Insan Hüquqları Şurasındakı iştirakı haqqında açıqlama verdi

Hüquqi Təhlil və Araşdırmaları İctimai Birliyinin sədri  Ramil İsgəndərli QHT.az-a açıqlamasında 6-25 Mart tarixlərində "Hüquqi Təhlil və Araşdırmalar" İctimai Birliyi  BMT İnsan Hüquqları Şurasının 52-ci sessiyasında təmsil olunduğunu bildirib.

Təşkilat sədri təmsil olunduğu tədbirin  əsas nəticələri konkret olaraq aşağıdakılar qeyd edib:
 

- Təmsilçilər və ekspertlərimiz Ramil İskəndərli, Vüqar Əhmədov, Azər Həsrət və Nigar İskəndərova, həm Plenar sessiyalarda, həm xüsusi məruzəçilərlə interaktiv dialoqlarda, mövzular üzrə ümumi debatlarda, xüsusi mövzular üzrə forum və side eventlərdə (dəyirmi masalar) iştirak etmişlər. Bunların 6-da nümayəndələrimiz çıxış etmək imkanı qazanmışlar. 
Çıxışlarda aşağıdakı məsələləri iştirakçı dövlət və qeyr-hökumət təşkilatlarının nəzərlərinə çatdırmışlar: 

 

- Azərbaycanlı qaçıqnların Ermənistandan qovulması və doğma yurdlarına qayıtmaq hüquqları, eyni zamanda Azərbaycanlı məcburi köçkünlərin Qarabağa Böyük Qayıdışı, görülən işlər və tam qayıdış üçün maneələr (mina, dağıntılar və s.).
 

-  İranda və Ermənistanda azərbaycanlıların milli azlıqların hüquqları kontekstində problemləri (bir neçə side event və plenarda çıxış). 
 

- Silahlı münaqişələr dövründə uşaqların hüquqları kontekstində azərbaycanlı uşaqların müharibədən zərər çəkməsi barədə,
 

- Azərbaycanda Kütləvi məzarlıqların aşkar olunması 
 

- Azərbaycanın Özünümüdafiə və mülki əhalini Qoruma Öhdəliyi prinsipləri əsasında torpaqlarının işğaldan azad etməsi və digər məsələlər.
Eyni zamanda təmsilçilərimizin çıxışlarının BMT rəsmi Extranet səhifəsində yazılı şəkildə, BMT-nin rəsmi Web TV-sində Plenar iclasdakı çıxış, BMT-nin Vimeo sosial video platformasında Side Eventdəki çıxış yerləşdirilmişdir. 

 

İnsan Hüquqları Şurasında iştirak həmçinin BMT-nin vətəndaş cəmiyyəti ilə iş üzrə məsulı şəxsləri, mövzular üzrə xüsusi məruzəçiləri, beynəxalq qurumlar və təşkilatlar, xarici ölkələrin qeyri- hökümət təşkilatları, ekspertlər və nümayəndələr ilə birbaşa, fərdi əlaqələrin qurulması və kontaktların yaranması, gələcək perspektiv əməkdaşlıqların müzakirəsi baxımından əhəmiyyətli olmuşdur.
 

Bundan başqa Ramil İskəndərli və Nigar İskəndərova 13-17 mart tarixlərində Vyanada keçirilən BMT-nin Narkotlərlə Mubarizə Komitəsinin 66-ci sessiyasında iştirak etmişlər. Sessiya zamanı Ramil İskəndərli Azərbaycanın narkotiklərlə mübarizə kontekstində 2020-ci ildə İranla sərhəd ərazilərinin tam olaraq işğaldan azad etdiyi və dövlət sərhəddinin bərpası ilə bağlı məlumat vermişdir.  


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı