Xəbərlər 30.01.2023 11:36 2274

100 milyon miras mübarizəsi - ÖZƏL

Rok-n-rollun əfsanəvi adı Elvis Preslinin ailəsi miras davası səbəbilə məhkəmə qarşısına çıxıb.

QHT.az xəbər verir ki, ötən il yanvarın 12-də 54 yaşında vəfat edən Elvis Preslinin qızı Liza Marinin vəsiyyətinin yalan olduğu iddia edilib. Müğənninin həyat yoldaşı, 77 yaşlı Priscilla Presley Lizanın 2016-cı ildə etdiyi dəyişikliyin qanuni olmadığını iddia edib. Sözügedən dəyişikliklə Lizanın vəsiyyətində 33 yaşlı qızı Riley Keough ortağı olub. Priscilla nəvəsinə bu hüququ verən imzanın saxta olduğunu müdafiə edir.

Məsələni məhkəməyə verən Priscilla Presley 2020-ci ildə intihar edən nəvəsi Riley və qardaşı Benjamin mirasda ortaq olmasına mane olmağa çalışır. Priscilla Presley deyir ki, sənədlərdə maddi qüsurlar var və imza qızı Marinin imzası ilə uyğun gəlmir. Elvis Preslinin sərvətinin təxminən 100 milyon dollar olduğu təxmin edilir.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı