Xəbərlər 09.12.2022 22:58 1239

"Dəniz inəyi" adlandırılan qeyri-adi canlının nəsli kəsilməyə doğru gedir - ÖZƏL

Su pəriləri haqqında nağılları xatırladan "dəniz inəyi" adlandırılan canlının nəsli kəsilmək üzrədir. Bu barədə təbiət mühafizəsi ilə məşğul olan mütəxəssislər xəbərdarlıq edir.

 

QHT.az xəbər verir ki, rəsmi nəsli kəsilmə siyahısının yenilənməsinə görə, elmi adı ilə "dugong" olan bu canlı dünyanın bəzi yerlərində demək olar ki, məhv edilib.

 

Alimlər həmçinin ekzotik mərcan və qabıqlı balıqlar da daxil olmaqla digər dəniz canlılarının itməsi ilə bağlı həyəcan təbili çalıblar.

 

Onlar bildiriblər ki, insanların bəzi səhvləri və etdikləri biganəliyə görə okeandakı həyat xaos və ölüm təhlükəsi ilə üz-üzədir.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı