“Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və ADA Universitetinin birgə təşkilatçılığı ilə “İqlim Dəyişmələri və COP” təliminə qoşulduq. Təlimin əhəmiyyəti ilk növbədə aktiv olan təşkilatların və digər təşkilatların COP29-la bağlı etdiyi ev sahibliyində söz sahibi olması Azərbaycanı narahat edən maddələrin COP29 gündəliyinə salınıb müzakirə edilməsi təqdimatına qulaq asdıq, müzakirələr apardıq. COP29-un Azərbaycan, eləcə də qlobal dünya üçün çox böyük əhəmiyyəti olduğunu bildirdik. Çox maraqlı və intereaktiv təlim keçirildi".
Bu sözləri “Sosial-İqtisadi və Kənd Təsərrüfatının İnkişafına Dəstək” İctimai Birliyinin sədri Zülfiyyə Nuriyeva QHT.az-a açıqlamasında bildirib. Onun sözlərinə görə, yəqin ki, COP29 təliminin keçiriləcəyi günə, ölkəyə çoxsayda qonaqların gəlməsinə qədər belə silsilə tədbirlər davam edəcək.
QHT sədri həmçinin bildirib ki, bu təlimdə biz təklif etdik ki, gələn qonaqların Bakı, Gəncə və digər şəhərlərə deyil, daha çox Qarabağa aparmaq, Qarabağdakı islahatlara və orada məhv edilmiş torpaqların yararlı vəziyyətə gətirilməsini təmin etməsinə diqqət çəkdik.
Pərvanə Fərhadqızı












