Özünüməşğulluq proqramı çərçivəsində əmlak əldə etmək imkanının yaradılması mənim üçün böyük stimul oldu.
QHT.az xəbər verir ki, bu sözləri Zərdab rayonunun Qoşaoba kəndindən Beydulla Feyzullazadə dövlətimizin işsiz şəxslərə göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıq məktubunda bildirib. Onun sözlərinə görə, bu fürsət işini genişləndirməyə və yeni iş yerləri yaratmağa şərait yaradır:
O, həmçinin vurğulayıb ki, müharibə veteranlarına göstərilən dəstək və dövlətin apardığı uğurlu siyasət yüksək qiymətləndirilməlidir. Məktubunda cənab Prezidentə möhkəm cansağlığı və fəaliyyətində uğurlar arzulayan Beydulla Feyzullazadə hörmətlə təşəkkürünü bildirib.






